Region

Gəncədə “Sağlamlığa Doğru Qaç!” layihəsi keçirilib.

Aprelin 27-də Gəncə şəhərində qərb bölgəsinin səhiyyə işçiləri və Tibb Kolleci tələbələrinin iştirakı ilə “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı keçirilib. AZERFAX.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqaları İdman Təşkilatları Assosiasiyası (AHİTA), Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun birgə təşkilatçılığı ilə baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

  17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr olunan layihənin əsas məqsədi səhiyyə işçilərinin fiziki sağlamlığının təşviqi, asudə vaxtlarının səmərəli təşkili və həmrəyliyin gücləndirilməsi olub.

Gəncə, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından 150-yə yaxın iştirakçı 5 km məsafəni uğurla tamamlayıblar. Yarışda Gəncə Tibb Kollecinin tələbələri də iştirak edib. Qadın iştirakçılar arasında kollecin Tibb bacısı (qardaşı) fakültəsinin 2 kurs tələbəsi Fatimə Kərimli məsafəni ikinci tamamlayaraq gümüş medala sahib olub.

 Yarışın sonunda qadınlar və kişilər arasında ilk üçlükdə yer alan iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub.

   Tədbirin bədii hissəsində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin “Lalələr” rəqs qrupunun çıxışı və “Sağlam həyat” adlı fləşmobu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button