Region

Gəncədə  tikinti yanaraq yararsız hala düşdü.

Gəncədə vətəndaşa məxsus yeni tikilən obyektlərdən birində yanğın baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Füzuli parkının yaxınlığında qeydə alınıb. Dərhal hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadası və texnikası cəlb olunub. Qısa zaman ərzində yanğın söndürülüb və qonşu tikiliyə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasada, obyektə ciddi ziyan dəyib. Belə ki, orada olan bütün əşyalar yanaraq yarasız vəziyyətə düşüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button