Region
Gəncədə vurulan piyada ölüb.

Gəncədə yolu qarşı tərəfə keçmək istəyən piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə bürosunun şəhər ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili Kəlbəcər rayon sakini, 1961-ci il təvəllüdlü İ. Mirzəyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu