Region

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı.

Sentyabrın 15-də, Bilik günündə Gəncə şəhər 24 nömrəli tam orta ümumtəhsil məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. AZERFAX.az-ın məlumatına görə tədbirdə Təhsilinin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomiyev, YAP-ın Gəncə təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, məktəbin şəhid məzunu Şahlar Nüsrət oğlu  Nağıyevin anası Gülgəz Nağıyeva, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxş edənlər Azərbaycan təhsilinə olan diqqət və qayğıdan danışdılar. Qeyd olundu ki, son illər ərzində 600-dən çox orta ümumtəhsil məktəbi yenidən qurulub, əsaslı təmir olunaraq yeni texnika və avadanlıqlarla təchiz edilib. O da vurğulanıb ki, 1979-cu ildə tikilib istifadəyə verilən 24 saylı məktəb 2023-cü ildə əsaslı təmir üçün bağlanılıb. Məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 897 şagird təhsil alır. Təhsil müəssisəsinin 81 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.  Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə, yeni laboratoriyalar və sinif kabinetləri, müasir yüməkxana və idman zalı ilə yaxından tanış olublar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button