Region

Gəncənin bəzi qəsəbələrində evləri su basdı, küçələr keçilməz oldu.

Bölgəyə yağan aramsız yağışlar Gəncədə bir sıra yaşayış massivlərində ciddi  fəsadlar törədib. AZERFAX.az-ın yerli bürosu məlumatına görə dünəndən başlayan güclü yağışlar şəhərin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinin su basması ilə nəticələnib. Bəzi küçələrdə sakinlərin və avtomobillərin hərəkəti məhdudlaşıb. Bu ərazilərdən yalnız böyük qabaritli maşınlarınn hərəkəti mümkündür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əraziyə gələrək mövcud vəziyyətlə yerində tanış olub. Su basmış əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları və xüsusi avadanlıqları cəlb olunub. Səhər saatlarından etibarən Gəncə şəhər Sukanal İdarəsi və Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunublar.

Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən xüsusi avadanlıqlar vasitəsi ilə həyətlərə və evlərə dolan suların çəkilməsi işləri həyata keçirllir. Eyni zamanda yağış sularının istiqamətinin dəyişdirilməsi üçün ərazidə qazıntı işləri aparılır.

Qeyd edək ki, sözügedən ərazidə güclü yağışlardan sonra su basma hadisəsi dəfələrlə baş verib. Bu ərazidə sakinlərin əksəriyyəti şəhərsalma və tikinti məcəlləsinin tələblərini pozaraq evlər inşa ediblər. Buna görə  də küçələrsə su və kanalizasiya sistemli çəkilə quraşdırılmadığından bu kimi problemlər yaranır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button