Goranboyda balıqdan zəhərləndiyi ehtimal edilən 3 nəfərin sağlamlıq durumu necədir?

Goranboyda balıqdan zəhərləndikləri ehtimal edlən bir ailənin 3 üzvünün sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli burosuna verilən məlumata görə 29.12.2025-ci il tarixində saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Qeyd edək ki, dekabrın 29-da Goranboyun Nizami kənd sakinləri, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Əhmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova evlərində baliq yedikdən sonra özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər


