Region
Goranboyda kanal daşdı, evləri su basdı.

Goranboyda suvarma kanalının daşması nəticəsində evləri su basıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonunun Tapqaraqoyunlu kəndində baş verib. “İnçə” çayından gələn suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyani sahələrə su dolub. Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb olunub.
Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.
AZERFAX.az Qərb Bürosu