Region

Goranboyda “OPEL” piyadanı vurdu, maşınlar toqquşdu.

Goranboyda yol-nəqliyyat hadisəsi zamanı avtombil piyadanı vurub, sonra isə digər maşınla toqquşub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax avtomobil magistralının Nadirkənd kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Opel” markalı minik avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1976-cı il təvəllüdlü Məlahət Abbasovanı vurub. Bu zaman onun arxasınca həmin yolda hərəkət edən “Hundai” markalı avtomobil isə “Opelə” çırpılıb. Xəsarət alan piyadanın vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button