Region
Goranboyda piyadanı avtomobili ilə öldürən sürücü axtarılır

Goranboyda piyadanı vuraraq həyatına son qoyan sürücü hadisə yerindən qaçıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Yoli qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini hərəkətdə olan, markası və modeli hələlik naməlum olan avtomobil vurub və uzaqlaşıb. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Piyadanın şəxsiyyəti və yaşı müəyyənləşdirlir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü və avtomobil axtarılır. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu