Region

Goranboyda taksi sürücüsünü həmkəndlisi döyüb.

Goranboyda taksi fəaliyyəti ilə məşğul olan şəxs döyülüb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib. Quşçular kənd sakini, 1985-ci il təvəllüdlü Davud Zeynalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin versiyaya görə taksi sürücüsü olan D.Zeynalovun həmkəndlisini müştəri qismində onun avtomobilinə minib. Sphbət əsnasında sürücü sonradan onu ünvana aparmaqdan imtina edib. Bu zaman aralarında mübahisə yaranıb və nəticədə sürücü döyülüb. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button