Region

Göygöldə baş verən qəzada xəsarət alan sərnişinin vəziyyəti necədir?

Bakı – Qazax yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində bir nəfərin ölümü nəticələnən yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişin, 2002- ci il təvəllüdlü Əli Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə 20.04.2025-ci il tarixində saat 23:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Bud sümüyünün sınığı diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır” deyə mə\lumatda bildirilir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button