Göygöldə fermadan 62 qoyun oğurlandı.

Göygöldə silahlı şəxslər fermadan oğurluq edib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – sağmal ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıb. Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hazıra fermada anasız qalan 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Ancaq təsərrüfat sahibinin sözlərinə görə analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı yoxdur. Faktla bağlı araşdırma aparılır.






