Region

Göygöldə iki maşın toqquşdu, mikroavtobus aşdı.

Göygöldə iki avtomobilin toqquşması nəticəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar var. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində baş verib. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili ilə mikroavtobus toqquşub. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Onların kimliyi müəyyənləşdirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button