Region

III MDB oyunları ərəfəsində qərb bölgəsində mehmanxanalarda təhlükəsizlik tələbləri necədir?

“2025-ci ildə Azərbaycanda III MDB oyunlarının keçirilməsi ilə bağlı qərb bölgəsində Azərbaycan Hotellər Assosiasiyası ilə birlikdə mehmanaxana tipli yerləşmə müəssisələrində ulduz sertifikatlarının verilməsi ilə əlaqədar audit prosesi davam edəcək. Bu kontekstdə yerləşmə müəssisələrinin ulduz alınmasında əsas meyarlardan və şərtlərindən biri kimi məhs yanğın təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsi vacib amillərdəndəir”.

AZERFAX.az-ın yerli bürosunun məlumatına görə bu fikirləri Gəncədə “My Way Boulevard” hotelində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda keçirilən maarifləndirmə tədbirinin açılşında Gəncə Regional Turizm İdarəsinin rəis müavini Həmid Nəsirov söyləyib. O qeyd edib ki, III MDB oyunları çərçivəsində regiona idmançılarla yanaşı çoxlü sayda turistlərin axını nəzərə alınaraq mehmanxanaların yüksək səviyyədə olması, onların bütün təhlükəsizlik tələblərinə cavab vermələri vacib məsələdir.

Gəncə Regional Turizm İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional dövlət yanğın nəzarəti idarəsinin birgə təşkilatçılığı ilə qərb bölgəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən zəruri tədbirlər haqqlnda danışan Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Abbas Abbasov təhlükəsizliyin təmin olunmasında obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdığı vurğulayıb, yanğın zamanı zəruri davranış qaydalarından və əməkdaşların həmin qaydalara ciddi riayət etmələrinin vacibliyindən danışıb:

“Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılması, yanğından müdafiə sistemlərinin saz vəziyyətdə olması çox vacib və zəruri şərtlərdəndir” deyə A.Abbasov əlavə edib.

Həmçinin, toplantıda mütəxəssislər tərəfindən elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib, videoçarxlar nümayiş etdirilib.

Mehmanxana tipli müəssisələrin idarəçilərinin iştirakı ilə keçirilən tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah olunub və suallar cavablandırılıb.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button