Region
Kəlbəcərdə sement daşıyan maşın aşdı, sürücü xəstəxanalıq oldu.

Kəlbəcərdə sementlə dolu yük avtomobili aşması nəticəsində sürücü xəsarət alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Kəlbəcər-Vəngli dairəsində baş verib. Əhmədov Namiq Əli oğlu idarə etdiyi “DONGFENG” markalı sement daşıyan avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Qəza zamanı sürücü N.Əhmədov müxtəlif dərəcəli xəsarət alaraq Kəlbəcər rayonunda yerləşən Hospitala çatdırılıb. Hadisə yerinə FHN-nin Kəlbəcər Rayon DYMH-nin əməkdaşları cəlb edilib. Yanğınsöndürən əməkdaşları avtomobilin aşması nəticəsində yola dağılan yanacağı ərazidən təmizləyərək yanğın hadisəsinin baş verməsinin qarşısını alıb. Faktla bağlı araşdırma başlanıb.



