Region
Kəlbəcərdə UAZ aşdı – xəsarət alanlar var.

Kəlbəcərdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisə baş verib. AZERFAX.az-ın yerli bürosunun m\əlumatına görə rayonun İstisu qəsəbəsində “UAZ” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü, 1980-ci il təvəllüdlü X. Quliyev və avtomobilin sərnişinləri – 1988-ci il təvəllüdlü E. Həsənov və 2000-ci il təvəllüdlü V. Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az