Region
Mingəçevirdə 41 yaşlı kişinin meyiti tapıldı

Mingəçevir şəhərində küçədə 41 yaşlı kişinin meyiti tapılıb.
AZERFAX.az Teleqraf-ın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Kür çayının şəhərdən keçən hissəsinin sağ sahilində qeydə alınıb. Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib. İlkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub. Hadisənin baş vermə səbəbləri hələlik tam müəyyənləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.