Region

Qərb bölgəsində güclü qar yağır – video

Bu gün axşam saatlarından başlayaraq qərb bölgəsində soyuq və qarlı hava hökm sürür. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə günortadan Gəncədə güclü külək əsməyə və yağış yağmaya başlayıb. Bölgənin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında, xüsusən də dağlıq ərazilərdə hazırda da güclü qar yağmaqda davam edir. Bəzi yerlərdə qarın qalınlığı 5-7 sm, dağlıq ərazilərdə isə 15 santimetrə çatmaqdadır.

Hazırda Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Qəsəbədə yolun qarla örtülməsi və yolun buz nağlaması səbəbindən “VAZ 21 07” markalı avtomobil sürüşərək dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda Gədəbəy rayonunun Qoşabulaq kəndinə şiddətli qar yağır. Qarın qalınlığı 15 santmetrə çatıb. Rayon mərkəzi ilə kəndi birləşdirən avtomobil yolunda hərəkətin təminatı isiqamətində işlər davam etdirilir. Gədəbəylə yanaşı Tovuz, Qazax rayonlarının ucqar kəndlərində də qar yağır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button