Region

Şəmkirdə ər və arvadı zəhərləndi

Şəmkirdə bir ailənin iki üzvü zəhərlənib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonunun Günəşli kəndində baş verib. Kənd sakinləri, 1980-ci il təvəllüdlü Vidadi Hüseynov və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Sevinc Hüseynova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button