Region

Şəmkirdə 56 yaşlı kişini həmkəndlisi bıçaqladı.

Şəmkirdə iki həmyerli arasında mübahisə sonda qanla bitib.

AZERFAX.az-ın yerli bürosunun məlumatına görə 1969-cu il təvəllüdlü Xaliq İsmayılov bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirlib. Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimala görə X. İsmayılıova aralarında yaranan münaqişə zəminində həmyerlisi Qapanlı kənd sakini, 1986-cı il təvəllüdlü Namiq Hüseynov bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button