Region
Şəmkirdə istifadəsiz tikilidə meyit aşkar edilib.

Şəmkirdə kişi meyiti tapılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə Morul kənd sakini, 1983-cü il təvəllüdlü Roman Həsənovun cəsədi rayonun hazırda istifadədə olmayan köhnə xəstəxana binasında aşkar edilib. İlkin versiyaya görə, mərhum içki aludəçisi olub və spirtli içkinin təsiri nəticəsində həyatını itirib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu