Region
Şəmkirdə kişi yanaraq ölüb.

Şəmkirdə 58 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Səməd Vurğun qəsəbəsində 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin töküb. Bu zaman ehtiyatsızlıqdan alov kişinin bədəninə yayılıb və o termiki yanıq xəsarətləri alıb. Zərərçəkən xəstəxanaya çatdırılib. Həkimlərin səyinə başmayaraq N. Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu