Region
Şamaxıda dəhşətli qətl – 34 yaşlı şəxs güllələndi.

Şamaxıda iki nəfər arasında münaqişə qanla nəticələnib.
AZERFAX.az xəbər verir ki, hadisə saat 21 radələrində Şamaxı rayonunda qeydə alınıb.
1998-ci il təvəllüdlü Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.
İlkin məlumata əsasən, A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
Fakla bağlı araşdırma aparılır.