Region
Samuxda sürücü idaetməni itirdi, ağaca çırpıldı.

Samuxda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Kür yolu adlanan ərazidə baş verib.Göygöl rayon sakini 1996-cı il təvəllüdlü R. Bayramov “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu