Region
Tovuzda ev partladı, 3 nəfər Bakıya göndərildi – video

Tovuzda evdə partlayış zamanı 4 nəfər xəsarət alıb. AZERFAX.az-ın yerli burosunun məlumatına görə rayon sakini, 1967-ci il təvəllüdlü Z. Cəfərova məxsus 4 otaqlı fərdi yaşayış evində anidən partlayış olub. Hadisə zamanı 1997-cü il təvəllüdlü C. Cəfərov, 2005-ci il təvəllüdlü T. Cəfərova və 2024-cü il təvəllüdlü F. Cəfərov müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin ağır olması səbəbindən hər üçü Bakıya, Yanıq Mərkəzinə göndərilib.
Ani qaz sızmasından baş verən partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.



