Şou Biznes
Tanınmış sənətçinin “Xalq artisti” fəxri adı əlindən alındı

Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı alıb.
AZERFAX.AZ xəbər verir ki, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski sənətçiyə sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. Qərarə əsasən sənətçinin aktivləri bloklanıb. Onun kapitalının Ukraynadan çıxarılması qadağan edilib. Bundan əlavə dövlətin verdiyi mükafatlar da Ani Lorakın əlindən alınıb. O həmçinin “Xalq artisti” fəxri adından məhrum edilib.
Qeyd edək ki, Ani Lorak illər əvvəl Ukraynanı tərk edib və Rusiyada yaşayır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.