Sosial

Azərbaycanlı iş adamına məxsus kafenin binası Rusiyada söküldü – Foto

Rusiyanın Kurqan vilayətində, İrtış yolunun 263-cü kilometrliyində qeyri qanuni tikildiyi bildirilən “Abşeron” kafesi sökülüb. AZERFAX.az xəbər verir ki, bu barədə Rusiyanın URA.ru informasiya agentliyində jurnalistlər məlumat verib. Kafe azərbaycanlı iş adamı Əliyevə məxsus olub.

“Yol kənarında fəaliyyət göstərən “Abşeron” kafesi artıq yoxdur. Onun yerində yalnız tikinti tullantıları, beton bloklar və plitələr qalıb. Xüsusi texnika hələ də sökülən müəssisənin yerində işləməkdə davam edir” deyə rusiyalı jurnalist bildirib.

Yazıda o da qeyd olunub ki, bu bina hələ 2009-cu ildən əvvəl sökülməli imiş. Lakin məhkəmə qərarı icra olunmayıb və yol kənarındakı kafe fəaliyyətini davam etdirib. 2025-ci ilin fevral ayında Kurqan meriyası “Abşeron”un şəhər büdcəsi hesabına sökülməsinə başlayıb. Bu iş üçün 600 min rubl xərclənib. Söküntü zamanı kafe binasından əlavə, açıq məkanları, manqal sahəsi və yardımçı tikililəri də sökülüb. Kafenin yolun mümkün genişləndirilməsi məqsədilə söküldüyü deyilsə də, “Cənubi Ural“ yol idarəsindən bu məlumatı təsdiqləməyiblər.  

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button