Sosial

Bazarda kartofun kiloqramı 6-7 manata satılır- NİYƏ BELƏ BAHA? VİDEO

Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.

AZERFAX.az Xezerxeber-ə istinadən xəbər verir ki, söhbət bu xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir. Ona görə də, yerli bazarlarda bu qiymətə təklif olunur.

Satıcılar qiymətin bu qədər yüksək olmasını məhsulun həm yeni, həm də xüsusi sort olması ilə əlaqələndirirlər.

Alıcılar da deyir ki, bu xırda kartoflar çox dadlıdır. Lakin qiymətləri xeyli yüksəkdir.

Satıcılar onu da bildirdilər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir. Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button