Bu 3 bürcün nümayəndələri pulu sevmir

Hər kəs maddi rifahın arxasınca qaçarkən, bəzi bürclər var ki, pulla heç araları yoxdur. Onlar üçün həyatda daha önəmli dəyərlər var: azadlıq, emosiyalar, mənəviyyat və səmimi münasibətlər.
AZERFAX.az həmin bürcləri təqdim edir:
Dolça (20 yanvar – 18 fevral)
Dolçalar idealist və yaradıcı təbiətə sahibdirlər. Pul onlar üçün yalnız ehtiyaclarını ödəmək üçün bir vasitədir. Onları nə bahalı brendlər, nə də maddi status təsirləndirə bilir. Əsas odur ki, azadlıq olsun və insanlara fayda versinlər.
Oxatan (22 noyabr – 21 dekabr)
Oxatanlar sərbəstliyi və macəraları sevir. Onlar üçün həyat təcrübələrdən ibarətdir, bahalı əşyalar və maddi zənginlik isə ikinci plandadır. Pul gəlsə də olar, gəlməsə də. Yetər ki, ruhları azad olsun!
Balıqlar (19 fevral – 20 mart)
Balıqlar emosional və mənəvi bürcdür. Onlar daha çox xəyalları və hissləri ilə yaşayır. Pul onları maraqlandırmır, əgər içlərində rahatlıq yoxdursa. Sənət, sevgi və sakitlik – onların əsas prioritetləridir.
Bu bürclər üçün pulla xoşbəxtliyi satın almaq mümkün deyil. Onlar ruhsal zənginliyi maddi zənginlikdən üstün tuturlar. (AZERFAX.AZ)