Bu ailələrə 120 manat verilir

AZERFAX.AZ xəbər verir ki, müavinətin məbləği 120 manat təşkil edir.
Bu müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), əlilliyi olan 18 yaşından yuxarı uşaqlarına isə əlillik müddətinə qədər ödənilir. Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən ailə üzvlərinə isə uşağın 8 yaşına çatana qədər bu müavinət verilir.
Müavinət almaq üçün vətəndaşlar DOST mərkəzlərinə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə və ya aidiyyəti qurumlara müraciət edə bilərlər.
Vətəndaşın sosial müavinət almaq hüququ olduqda, ödəniş ən çoxu müraciət tarixindən əvvəlki 3 ili əhatə edə bilər. Müavinət üçün müraciətə ən geci 10 gün ərzində baxılır və qərar verilir. Əgər imtina olunarsa, səbəblər göstərilməklə 5 gün ərzində müraciət edənə məlumat verilir. Şəxsin bu qərardan şikayət etmək hüququ da var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.