RegionSosial

Gəncədə direktoru işdən azad olundu.

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib. AZERFAX.az-ın Qərb bürosunun məlumatına görə, G.Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin edilmişdi. Qeyd edək ki, ona bir müddət əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq da verilib. Qeyd edək ki, bir müddət əvvəl həmin məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığıldığı bildirilib. İddialar əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilmişdi ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib və adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramovanın vəzifədən azad olunmasına aydınlıq gətirib.

İdarədə bildirilib ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.

“Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”, – məlumatda vurğulanıb. 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button