Sosial

​İqlim dəyişikliyi kosmosda da fəsadlara səbəb ola bilər

İqlim dəyişikliyinin yalnız Yerdəki həyatda deyil, kosmosda da nəticələri ola bilər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Birmingem universiteti araşdırma aparıb. Alimlərin fikrincə, atmosferdə artan karbon qazı səviyyəsi aşağı Yer orbitində peyklərin hərəkətini dəyişdirərək toqquşma riskini artırır. Aaraşdırmaya görə, istixana qazları atmosferin aşağı hissəsindəki istiliyi tutaraq, atmosferin yuxarı təbəqələrinin soyumasına səbəb olur. Normalda atmosferin sıxlığı köhnə peykləri orbitdən çıxararaq kosmik zibilləri azaldır. Atmosferin sıxlığı azaldıqca peyklərə təsir edən sürtünmə qüvvəsi də azalır. Lakin atmosfer nazikləşdikcə peyklərin orbitdə keçirdikləri vaxt artır və toqquşma ehtimalı artır.
Qeyd edək ki, hazırda dəniz səviyyəsindən 300 ilə 1000 kilometr arasında olan aşağı Yer orbitində 8000-dən çox peyk var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button