Sosial
Məsciddə kruyoz hadisə: yuyulmağa aparılan meyit DİRİLDİ

Dağıstanda öldüyü güman edilən qadın məsciddə vida mərasimi zamanı qəflətən dirilib. AZERFAX.az lent.az-a istinadən xəbər verir ki, qadın xəstələnib və huşunu itirib – yaxınları onun dünyasını dəyişdiyini düşünüblər.
Meyiti yumaq üçün məscidə gətiriblər və o, burada gözlərini açıb. Dirilən qadın xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, əvvəllər ona “Lazarus sindromu” diaqnozu qoyulub – bu, ürək dayanmasından sonra qan dövranının kortəbii bərpasıdır.