Nar suyunun faydaları

AZERFAX.AZ AZERFAX.AZ-a istinadən xəbər verir ki, onun gündəlik qəbulu immuniteti gücləndirir, orqanizmi xəstəliklərdən qoruyur və xüsusilə payız-qış mövsümündə çox faydalı olur. Nar suyu C vitamini ilə zəngin olduğu üçün soyuqdəymə və qripin qarşısını alır, qan dövranını yaxşılaşdırır, ürək-damar sağlamlığını qoruyur və təzyiqi tənzimləyir.
Tərkibindəki güclü antioksidantlar bədəndə toksinləri təmizləyir, hüceyrələrin sağlamlığını möhkəmləndirir və xərçəng riskini azaldır. Bundan başqa, nar suyu həzm sisteminə müsbət təsir göstərir, iştahanı artırır, dərini parlaq və sağlam saxlayır, saçların möhkəmlənməsinə kömək edir.
Həmçinin əsəbləri sakitləşdirir, gümrahlıq bəxş edir və stressi azaldır. Mütəxəssislər nar suyunu təbii halda, gündə bir stəkan içməyi məsləhət görürlər, çünki çox içildiyi halda yüksək turşuluq dərəcəsi mədəyə təsir edə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.