Sosial
Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20 may, saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
“Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır”.
Qeyd edək ki, partlayışın Sumqayıtdakı zavodlardan birində baş verdiyi barədə mediada xəbərlər yayılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.