RegionSosial

SOS – Gəncədə məhəllədə itlər ev pişiyini parçaladılar – VİDEO

“Küçəyə itlərin səsinə çıxdım. Gördüm 7-8 it nəyisə yerdə parçalayırlar. Əvvəlcə qorxdum. Sonra bir təhər əlimə dəmir parçası alıb itləri qova bildim. Onlar həyətimizdə olan pişiyi tutub parçalayıblar. Bu dəhşətdir. Niyə heç kim bu itlərlə bir ölçü götürmür”. Bu açıqlamanı  AZERFAX.az-ın yerli bürosuna Gəncə şəhərində yerləşən Maharasa Bağı qəsəbəsinin sakini Səlminaz Rəhimova verib. Onun sözlərinə görə ilk dəfə evin qapısına açanda elə bilib itlər balaca uşağa cumublar:

“Bir qədər öncə televiziyada xəbərlərdə baxdım ki, Sumqayıtda itlər küçədə azyaşlı məktəbliləri dişləyiblər, onlardan birinin də vəziyyəti ağırdır. Qorxdum elə bildim bizim məhlədə də itlər uşağa cumublar. Amma sonra gördüm yerdə olan nəsə tüklü heyvandır. Dəmirlə bir təhər qovaladım. Yaxınlaşdım ki, həyətimizdə olan pişiyi parçalayıblar. Pişikləri boğub parçalayan itlər insanlara da soxulub dişləyə bilər. Mahrasa Bağında itlər sürü şəklində gəzirlər. O qədər insanlarasoxulublar ki. Niyə bir ölçü götürmürlər bu sahibsiz itlələ bağlı. Nəyi gözləyirlər. Gərək hamaımızı parşalaalar sonra nəsə edələr” deyə Gəncə sakini əlavə edib.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button