Sosial

Xıyarın bitməyən faydaları

Yay aylarının əvəzolunmaz tərəvəzi olan xıyar təkcə susuzluğu yatırmaqla qalmır, həm də sağlamlıq üçün bir çox faydaları ilə seçilir.

AZERFAX.AZ xəbər verir ki, tərkibinin 95%-i sudan ibarət olan xıyar bədəni nəmləndirir, dərini təmizləyir və orqanizmdən toksinləri çıxarır.
Qidalanma mütəxəssisləri qeyd edir ki, xıyar həm də qan təzyiqini tənzimləyir, bağırsaq fəaliyyətini yaxşılaşdırır və arıqlamaq istəyənlər üçün ideal seçimdir. A vitamini, C vitamini və kaliumla zəngin olan bu tərəvəz immun sistemini də gücləndirir.

Gündəlik rasiona əlavə olunan xıyar həm sağlamlıq, həm də gözəllik üçün təbii dəstək sayılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button