Sosial

Yaşayış olan binanı sökən şirkətin rəhbəri saxlanıldı – VİDEO

“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. AZERFAX.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb. AZERFAX görüntüləri təqdim edir:

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button