Yelləncəkləri pullu olan Misir parkı niyə təmizlənmir?

AZERFAX.az xəbər verir ki, məsələ ilə bağlı Xırdalan şəhər İcra Nümayəndəliyindən AZERFAX.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində parkda təmir işləri həyata keçirilib:
“Yeni oturacaqların quraşdırılması hava şəraitinin yaxşılaşması ilə əlaqədar yaxın günlərdə tamamlanacaq. Mövcud yağışlı və dəyişkən hava şəraiti bəzi işlərin icrasını müvəqqəti olaraq ləngidir”.
Həmçinin qeyd olunub ki, parkda quraşdırılmış uşaq əyləncə avadanlıqları Vətən Müharibəsi qazilərlərinə məxsusdur və maddi rifahlarının yaxşılaşdırılması məqsədilə vətəndaşlara cüzi ödəniş qarşılığında xidmət göstərirlər”.
İcradan parkın təmizliyi ilə bağlı bildirilib ki, gün ərzində ərazidə müntəzəm təmizlik işləri aparılır:
“Aidiyyəti xidmətlərə əlavə təmizlik və abadlıq işlərinin təşkili barədə tapşırıq verilib və yaxın günlərdə parkın təmizliyi daha da gücləndiriləcək. Xırdalan şəhər İcra Nümayəndəliyi vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşır və şəhərin ümumi abadlığı, infrastrukturun yaxşılaşdırılması və sakinlərin rahatlığı istiqamətində işləri davam etdirir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



