İdman
PSJ “Real”ı darmadağın etdi

ABŞ-də keçirilən Klublararası dünya çempionatının yarımfinal mərhələsinin ikinci matçı keçirilib.
AZERFAX.az xəbər verir ki, Nyu-Cersi şəhərinin “Metlayf” stadionunda keçirilən matçda PSJ (Fransa) və “Real Madrid” (İspaniya) komandaları qarşılaşıblar.
Görüş fransalıların qələbəsi ilə yekunlaşıb – 4:0.
Qolları dubla imza atan Ruis (6 və 24-cü dəqiqələrdə), Dembele (9) və Ramuş (87) vurublar.
Qeyd edək ki, PSJ iyulun 13-də baş tutacaq final matçında “Çelsi” ilə görüşəcək.