İdman
Alonsonun gəlişini qəbul etmədi – Əfsanəvi futbolçu “Real”ı tərk etdi

Xabi Alonsonun rəhbərliyinin ardınca “Real Madrid”də yeni qərar qəbul edilib.
AZERFAX.AZ xəbər verir ki, “Real”ın strukturu dəyişikliklərə məruz qalacaq və bu dəyişikliklər klubun gənclərdən ibarət komandalarında da öz əksini tapacaq. İddialara görə, klubun əfsanəsi Raul Qonzales də akademiyanı tərk etmək üzrədir.

Qeyd edək ki, Raul Qonzales “Real Madrid”də məşqçilik karyerasına 2019-cu ildə başlayıb, əvvəlcə o, 19 yaşadək futbolçulardan ibarət komandaya rəhbərlik edib. Ardınca Raul beş mövsüm “Real Madrid Kastilya”nı çalışdırıb. O, “Kastilya”nı bir neçə dəfə pley-offa çıxarsa da, Sequnda Divizionuna yüksəldə bilməyib. “Relevo”nun xəbərinə görə, Raul daha yüksək vəzifəyə dəvət almadığı üçün öz istəyi ilə vəzifəsini tərk edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.