İdman

Avropa nəhəngi "Qarabağ"ın ulduzunu istəyir?

“Qarabağ” klubunun polşalı qapıçısı Mateuş Koxalski Almaniyanın “Borussiya Dortmund” klubundan təklif alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AZRFAX.az Teleqraf.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper xəbəri nə təkzib, nə də təsdiq edib:

“Mediada bu barədə xəbərlər çıxıb. Amma mən bunun doğru, ya da yanlış olduğunu deyə bilməyəcəyəm. Təəssüf ki, bu mövzuda danışa bilməyəcəyəm”.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ” klubunun şərəfini qoruyur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button