İdman

Azərbaycan millisi Ermənistanı üstələdi, Avropa çempionu oldu

Azərbaycanın 15 yaşadək sərbəst güləşçilərdən ibarət milli komandası İtaliyanın Kaorle şəhərində keçirilən Avropa çempionatında rekord nəticəyə imza atıb.
AZERFAX.az xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan milli 161 xalla komanda hesabında ikinci dəfə qitə çempionu olub.

Yığma 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk “3-lüy”ü Ukrayna 91 xalla qapayıb.

161 xal Azərbaycan sərbəst güləşində bu yaş qrupunda yeni rekordudur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınıb. İki il əvvəl komanda 145 xalla 2-ci yeri tutub.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərin yarışda həlledici görüşlər keçirilib və mübarizəyə yekun vurulub.

38 kq çəkidə Cavanşir Süleymanov finalda rusiyalı Abdulla Almazova 0:10 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

41 kq-da Hüseyn Rzazadə finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə – 7:6 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

44 kq-da ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov eyni uğuru yuxarı çəkidə də təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb və 0:8 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

48 kq-da Əkbər Əsgərov finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidə Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.

57 kq-da Muraz Hüseynov bürünc medal görüşündə rusiyalı Abdul İsayevə 0:10, Elcan Həsənov isə digər bürünc medal görüşündə ukraynalı Viktor Karaya 4:7 hesabı ilə məğlub olub.

62 kq

Məhəmməd Həsənli finalda rumıniyalı İstvan Naqiyə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və gümüş medalçılar sırasına qoşulub.

68 kq

Xəyal Şükürlü ermənistanlı Şahen Martirosyana 7:4 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.

85 kq

Elgün Kərimli finalda gürcüstanlı Mate Oniani üzərində əzmkar qələbə qazanıb – 11:9. Bununla da güləşçimiz komandanın hesabına 2-ci qızıl medalı yazdırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button