İdman

Azərbaycan paraüzgüçüsü növbəti medalını qazandı

Azərbaycan paraüzgüçüsü Raman Salei Sinqapurda keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
AZERFAX.AZ xəbər verir ki, o, yarışda 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 nəticə ilə fəxri kürsüyə qalxıb.

İdmançı bu dəfə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Raman Salei dünya çempionatının ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl, ikinci günündə 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda bürünc, üçüncü günündə isə 50 metr məsafəyə sərbəst üzmə üsulunda gümüş medal əldə edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button