Azərbaycan xalqından üzr istəyirik – Milli komandanın futbolçusu

AZERFAX.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan milli komandasının futbolçusu Mert Çelik Belarus yığmasına 0:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra verib.
25 yaşlı müdafiəçi məğlubiyyətə görə üzr istəyib: “Çox üzgünük. Ən azından bərabərə qalmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Azərbaycan xalqından üzr istəyirik. Onları sevindirmək istəyirdik. Toparlanaraq hər kəsə güclü Azərbaycanı göstərəcəyik”.
Çelik milli komandanın üzvlərinin buraxdığı səhvlər barədə danışıb: “Həm özümüz, həm də baş məşqçi Fernandu Santuş bunları analiz edəcək. O, bizə əskiklərimizi göstərəcək, biz isə bunu düzəltməyə çalışacağıq”. “Səbail” klubunun oyunçusu 5 illik fasilədən sonra yığma komandaya çağırılmasını şərh edib: “Daima oynayaraq özümü hər zaman hazır saxlamalıyam. Uzun illər boyunca Azərbaycan milli komandasının formasını tərlətmək istəyirəm. Ölkəyə xidmət etmək istəyirəm, çünki buranı öz ölkəm kimi görürəm. Azərbaycan artıq mənim ikinci deyil, birinci Vətənimdir”.
O, yayda Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq görüşləri barədə də açıqlama verib: “Bu durumdan çıxmalıyıq. Yayda bizi iki oyun gözləyir. Həmin oyunlara qədər psixoloji olaraq özümü düzəltməliyik. Güman edirəm ki, həmin matçlarda daha yaxşı çıxış edərik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.