İdman

Azərbaycanın UEFA reytinqindəki mövqeyi bəlli oldu

Azərbaycanın UEFA reytinqindəki “qonşular”ı əmsallarını artırıblar.
AZERFAX.AZ xəbər verir ki, bu, həftə ərzində keçirilmiş avrokubok oyunlarından sonra gerçəkləşib.

28-ci pillədə qərarlaşan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə rəqəm 0,375-dir.

29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Çünki ötən gün Avropa Liqasında mübarizəyə qoşulan “Sabah” I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyanın “Sele” klubuna uduzub – 2:3.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button