Barcelonadan əsl futbol “şousu”- VIDEO

İspaniya La Liqasında 28-ci turun mərkəzi oyununda Madriddə “Atletiko” ilə qarşılaşan çempionluğa iddialı “Barselona” oyunun son 20 dəqiqəsində əsl fitbol “şousu” göstərib.
AZERFAX.az xəbər verir ki, hesabı birinci hissınin son dəqiqəsində “Atletiko”dan Xulian Alvarez açıb. Oyunun 70-ci dəqiqəsində norveçli Aleksandr Sörlot Madrid klubunun üstünlüyünü iki topa çatdırıb.
Əzmkar oyun sərgiləyən “Barsa” matçın sonlarında “Atletiko” azarkeşlərini şoka salıb.
Robert Levandovski 72-ci dəqiqədə vərqi azaldıb, 6 dəqiqə sonra Ferran Torres hesabı bərabərləşdirib. Oyuna əlavə edilən 2-ci dəqiqədə katalonların gənc ulduzu Lamin Yamal komandasını hesabda önə keçirib. Torres 90+8-ci dəqiqədə dubla imza ataraq, komandasını qələbəyə daşıyıb. Oyun 2-4 hesabı ilə qonaqların xeyrinə bitib.
“Barselona” 60 xalla (27 oyun) ilk pillədədir. Liderdən bir oyun çox keçirən “Real Madrid”in də 60 xalı (28 oyun) var. “Atletiko” 56 xalla (28 oyun) 3-cü sırada qərarlaşıb.


