İdman
“Barselona” “Real”ı məğlub edib La Liqada liderliyini möhkəmləndirdi
İspaniya La Liqasının XXXV turunda “El-Klasiko” baş tutub.
AZERFAX.az xəbər verir ki, “Barselona” “Real”ı qəbul edib.
Qarşılaşma Kataloniya təmsilçisinin qələbəsi ilə bitib – 4:3. Meydan sahiblərinin heyətində 19-cu dəqiqədə Erik Qarsiya, 32-ci dəqiqədə Lamin Yamal, 34 və 45-ci dəqiqələrdə Rafinya fərqlənib.
Qonaqlarda Kilian Mbappe 5-p., 14 və 70-ci dəqiqələrdə adını tabloya yazdırıb.
Sona üç tur qalmış xallarının sayını 82-yə çatdıran “Barselona” liderliyini möhkəmləndirib. Madrid klubu 75 xalla ikinci sıradadır.