İdman

Bu gün “Formula -1” Azərbaycan Qran-prisi start götürür


Bu gün Bakıda “Formula -1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.

AZERFAX.AZ xəbər verir ki, 10 komandadan 20 pilotun iştirak etdiyi mötəbər yarış 6 kilometrlik Bakı Şəhər Halqasında keçirilir. 20 döngə və 51 dövrədən ibarət trek ümumilikdə 306 kilometr məsafəni əhatə edir. Start və finiş xətləri Azadlıq meydanında yerləşir.


Yarışın ilk günündə “Formula – 2” üzrə sərbəst yürüş və sıralama turu, “Formula -1” -də isə iki sərbəst yürüş təşkil olunacaq:

  • 10:00 – “Formula – 2” : Sərbəst yürüş
  • 12:30 – “Formula -1” : Birinci sərbəst yürüş
  • 14:30 – “Formula – 2” : Sıralama turu
  • 17:00 – “Formula -1” : İkinci sərbəst yürüş

Paytaxtın simvolik məkanlarından keçən trek məşhur alman memar Hermann Tilke tərəfindən layihələndirilib. Yarış zamanı tamaşaçılar İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu mənzərəsini izləyə bilirlər.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildən Formula 1-ə ev sahibliyi edir. İlk yarış Avropa Qran-prisi adı ilə keçirilib və Niko Rosberq qalib olub. Sonrakı illərdə Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazanıblar. Yalnız 2020-ci ildə pandemiya səbəbindən Qran-pri baş tutmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button