İdman

Bu gün Liqa mərhələsinin son 4 iştirakçısı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
AZERFAX.AZ xəbər verir ki, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olacaq.

Günün ilk matçında “Qarabağ” Bakıda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edəcək.

Türkiyənin “Fənərbağça” klubu Portuqaliyada “Benfika”nın qonağı olacaq. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bundan başqa, “Brügge” Belçikada Şotlandiyanın “Reyncers”, “Kopenhagen” isə Danimarkada İsveçrə “Bazel”ini sınağa çəkəcək.

İlk oyun günündə Qazaxıstanın “Kayrat”, Norveçin “Budyo/Qlimt” və Kiprin “Pafos” klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)

İlk oyun – 3:1

23:00. “Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə)

İlk oyun – 0:0

23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə)

İlk oyun – 1:1

23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya)

İlk oyun – 3:1

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button